Fahriyenin uşağını danladılar, restoranı tərk etdi

Türkiyənin məşhur cütlüyü Fahriyə Evcəklə Burak Özçivitin başına iş gəlib.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, cütlük səhər yeməyi üçün restorana gedib. Oğulları Karan pişiklə oynadığı zaman müştərilərdən birinin masasına toxunub. “Yavaş ol bir az, bu nədir?” deyə Karana qışqıran vətəndaşa aktrisa qəzəblənib:

“Etdiyiniz çox ayıbdır, o hələ uşaqdır”. “Nə edim uşaqdır” deyə, cavab aldıqdan sonra cütlük restoranı tərk edib.

Facebook Comments