Müsavat başqanı əhalini susuz qoyan aqroparqlardan danışdı: “Torpqalar sahiblərinə verilmir”

İlham Əliyev deyib ki, rüşvət alanlar, torpaq satanlar cəzalanacaq.

Hələlik torpaqlar və yalnız kənd təsərrüfatına aid torpaqlar barədə.

Azərbaycanın yüz minlərlə hektar ərazisi aqroparklarda cəmlənib. Burada taxıl, qarğıdalı əkilir, fermalar yaradılır, bağlar salınır.

İşğaldan azad edilmiş ərazilər əsil sahiblərinə verilmir, əvəzində burada 300 min hektar ərazini əhatə edən aqropark yaradılıb.

Ölkənin müxtəlif bölgələrdə alma, üzüm, fındıq bağları salınır. Əhali suvarma sularından məhrum edilir, sular kanallar vasitəsi ilə həmin sahələrə, bağlara yönəldilir.

Bütün bu işlər dövlət hesabına, dövlətin texnikası, dövlətdən vəsait alan işçi qüvvəsi vasitəsi ilə görülür.

İlham Əliyev əksəriyyəti kənar adamların və xarici vətəndaşların adına olan həmin aqroparkların, 100 minlərlə hektar əkin sahələrinin, bağların, örüşlərin əsil sahiblərinin kim olduğunu, gəlirlərin hara getdiyini bilmir?

Bir atalar məsəlində deyilir ki, lampa öz dibinə işıq salmır.

Bəlkə bu səbədən hər şeyi hamıdan yaxşı bildiyi halda hər kəsin bildiyi bu həqiqətlərdən xəbərsizdir!?

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Facebook Comments