Əkbər Əbülzadə Təbriz zindanına köçürülüb

İyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilən və 5 gündür aclıq aksiyasına başlayan milli-mədəni fəal Əkbər Əbülzadə iyulun 20-də Təbriz zindanına köçürülüb.

İyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilən və 5 gündür aclıq aksiyasına başlayan milli-mədəni fəal Əkbər Əbülzadə iyulun 20-də Təbriz zindanına köçürülüb.

Bu barədə fəalın həyat yoldaşı Sara Xudakərəmi məlumat paylaşıb və yoldaşının aclıq aksiyasına başlamasının səbəbini onun məzuniyyət hüququndan istifadə edə bilməməsi, ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olduğunu deyib.

Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Facebook Comments