Britaniya bu iki ölkənin NATO-ya üzvlüyünü təsdiqlədi

Böyük Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar. Sənədi ilk təsdiq edən dövlət Kanada olub.

Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.

Facebook Comments