Ronaldonun “Bavariya”ya keçməməsinin iki səbəbi

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo mətbuatda yayılan iddialara baxmayaraq, “Bavariya”ya keçməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Bild” bildirib. 37 yaşlı hücumçunun Münhen təmsilçisinə getməməsinin 2 ciddi səbəbi var. Bunlardan biri portuqaliyalı forvardın yüksək maaş almasıdır. Digər səbəb isə Kriştianonun “Bavariya”nın baş məşqisi Yulian Naqelsmannın pressinq sisteminə öyrəşməsi demək olar ki, qeyri-mümkündür.

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib. Onun yaxında Premyer Liqa təmsilçisindən ayrılacağı gözlənilir.

Facebook Comments