Oğrunu mənzilində nahar edərkən tutdu

Rusiyada Nijni Novqorodda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin Avtozavodski rayonunda əvvəllər məhkum olunmuş 37 yaşlı sakini oğurluq etdiyinə görə saxlayıblar.

Sozcu.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İdarədən verilən məlumata görə, gecə saat iki radələrində bir kişi Zareçnıy bulvarındakı binaya daxil olub və açıq qapısı olan mənzili qarət etməyə çalışıb. Tezliklə o, qapısı açıq olan və içəridə qadının və iki azyaşlı uşağın yatdığı mənzilə daxil olub. Oğru 50 min rubldan çox (təxminən 840 dollar) dəyəri olan noutbuk, planşet və mobil telefonu götürüb.

Sonra mətbəxə keçib nahar etmək qərarına gəlib. Sahibənin əri evə qayıdanda oğrunu mətbəxtə tutub, polisə zəng edib və patrul gələnə qədər onu saxlayıb. Məlum olub ki, ev sahibinin oğlu məşqdən qayıtdıqdan sonra qapını bağlamadığı üçün oğru mənzilə girə bilib. Girişdə quraşdırılmış kameranın görüntülərində şübhəlinin evə necə daxil olduğu görünür.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (“Oğurluq”) maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs istintaq təcridxanasına yerləşdirilib, o, təqsirini tam etiraf edib.

Facebook Comments