Ronaldo “Barselona”ya keçir?

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Barselona”ya transfer oluna bilər.

Sozcu.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun agenti Jorje Mendeş “Barselona”nın prezidenti Joan Laporta ilə görüşüb. Bildirilib ki, tərəflər bu yay İngiltərə klubundan ayrılmaq istəyən 37 yaşlı oyunçunun gələcəyini müzakirə ediblər. “Bavariya”dan Robert Levandovskinin transferi uğursuz olarsa, kataloniyalıların Ronaldonu almaq ehtimalı var.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustunun sonunda “Mançester Yunayted”ə qayıdıb. O, 2021/22 mövsümündə komandanın heyətində bütün yarışlarda 38 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Facebook Comments