De Yonqun yeni klubu

“Barselona”dan ayrılan Luk de Yonqun yeni klubu müəyyənləşib.

Sozcu.az xəbər verir ki, 31 yaşlı hücumçu “Sevilya”dan PSV-yə transfer olunub. Lakin oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, De Yonq ötən mövsümü icarə əsasında “Barselona”da keçirmişdi. O, bu müddət ərzində 29 matçda 7 qol vurub və 1 qolun ötürməsini verib.

Facebook Comments