“Laçını satıblar, Zəngəzur təhlükədədir…”- İrəvan parkında mənasız müzakirə…-VİDEO

“İyunun 29-da İrəvanın Fransa meydanı yaxınlığındakı Saryan parkında “Berdzor(Laçın-S.L.) satılıb: Sünik(Zəngəzur-S.L.) təhlükədədir” adlı müzakirə başlayıb”.

Moderator.az xəbər verir ki, belə bir məlumat “ArmenianReport” nəşrində yayılıb.

“Müzakirələrdə “Hayastan” blokundan deputat Geqam Manukyan, “Şərəf duyuram” blokundan deputat Tiqran Abramyan, media eksperti Nairi Oxikyan və tarix elmləri namizədi, türkoloq Varujan Geqamyan çıxış ediblər.

Qeyd edək ki, müzakirədən sonra adıçəkilən bloklardan olan deputatlar vətəndaşlarla əlaqə saxlayacaq, onları maraqlandıran sualları cavablandıracaqlar”- xəbərdə belə deyilir.
Araşdırmamızdan məlum olub ki, bəhs edilən informasiya Ermənistanın digər saytlarında, o cümlədən News.am nəşrində dünən gündüz saatlarından yayılıb. Həmin müddətdə aparılan müşahidələr göstərir ki, İrəvan sakinləri revanşistlərin “Laçın-Zəngəzur” müzakirəsinə o qədər də diqqət etməyib. Onların başına toplaşan, sual yağışına tutanlar olmayıb… Görünür, artıq mitinqlərdən, piketlərdən nəticə alınmayacağını görən Rusiyayönlü müxalifət belə mənasız müzakirələrə əl atıb…

Facebook Comments