Azərbaycan neft hasilatını və ixracını azaldıb, istehlakı artırıb – OPEC

Ötəl il Azərbaycanda ortalama gündəlik neft hasilatı 590 min barel təşkil edib, bu da illik müqayisədə 3,4% azalma deməkdir.

Bu barədə Sozcu.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülleteninə istinadən xəbər verir.

Hesabata görə, 2020-ci ildə qeyd olunan göstərici 611 min barel səviyyəsində olub.

Qeyd olunur ki, ölkədən ortalama gündəlik neft ixracı 483 min barel olub ki, bu da illik müqayisədə 3,5% azdır. Hesabata əsasən, 2020-ci ildə bu göstərici 500 min barel təşkil edib.

2021-ci ildə Azərbaycanda neftə olan ortalama gündəlik tələbat 107 min barel səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi (103 min barel) ilə müqaisədə 4,6% çoxdur.

Facebook Comments