“Siyasi məhbuslar qəhrəmanlarımızdır”-Təbrizdə siyasi məhbuslara dəstək aksiyaları davam edir

Ərdəbil və Təbrizdə həbsdə olan güneyli siyasi məhbuslara dəstək aksiyaları davam edir.

İyunun 21-i gecə saatlarından başlayaraq Təbrizin bir çox məhəllələrinin divarlarına yenidən siyasi məhbusların fotoları təsvir olunan afişalar yapışdırılıb.

Abbas Lisani, Əkbər Nəimi, Məhəmməd Əbdi, Abbas Nikrəvan və başqa milli-mədəni məhbusların fotoları əks olunan afişalarda “siyasi məhbuslar qəhrəmanlarımızdır” sözləri yazılıb.

Bundan öncə iyunun 19-da oxşar aksiya Ərdəbil şəhərində həyata keçirilib və şəhərin küçələrinə siyasi məhbusların fotoları əks olunan banerlər asılıb.

İyunun 20-də isə 8 güneyli məhbusun fotoları təsvir olunan afışalarda “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

Facebook Comments