BDU-nun kollec tələbəsi dənizdə boğuldu

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BDU-dan Sozcu.az-a verilən məlumata görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Facebook Comments