Ukrayna ordusu bu istiqamətdə 10 km-dən çox irəlilədi

Ukrayna Silahlı Qüvvələri Zaporojyedən Melitopol istiqamətində 10 km-dən çox irəliləyib.

Sozcu.az xəbər verir ki, bunu Melitopol meri İvan Fyodorov deyib.

“Ukrayna ordusu bu yaxınlarda mühüm irəliləyiş əldə edib və artıq Xerson sərhədlərindədir. Bu ərazilərdə ordu Qərbin yeni silahları ilə gücləndirilib və bu, bizi qələbəyə yaxınlaşdırır”, – mer bildirib.

Facebook Comments