Həqiqətlərin işığında…..(2-ci hissə)

Tovuzun Ağdam kəndinə dəstəklə yanaşı Tovuzun düşmənlə sərhəd postlarında əsgərlərimizə dəstək işində Tural Zeynalov dayanmadan çalışırdı. Müharibənin dərinləşməsi və Qarabağda hərbi əməliyyatların başlanması Tural Zeynalovun arxa cəbhədə bir fərd kimi yükünü dahada artırdı. Qabaqca tək Tovuz idi və bunun öhdəsindən gəlmək üçün bütün gücünü ortaya qoymuşdu. İndi isə bir tərəfdə Fizuli cəbhəsi, bir tərəfdə Ağdam cəbhəsi, bir tərəfdə Tərtər cəbhəsi, bir tərəfdə isə Kəlbəcər cəbhəsi var idi. Hər kəsin bildiyi kimi qeyd olunan istiqamətlərdə ağır döyüşlər gedirdi və arxa cəbhədən bu istiqamətlərdə olan əsgərlərimizə dəstək olurdu. Şəmkirdə bu işin ağır yükünü Tural Zeynalov daşıyırdı. Tural Zeynalovun bu fəaliyyəti bir az gecdə olsa qiymətləndirildi. Əsgərlərimiz üçün həyata keçirilən maddi və mənəvi dəstəyi Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilərək təşəkkürnamə verildi. Bütün bunların fonunda əsas dəstək işi Kəlbəcərdə əsgərlərimiz üçün həyata keçirilən iş idi. Onun Kəlbəcərdə əsgərlərimiz üçün yataqxananın dam örtüyünün materiallarının təşkili, aparılması və şəxsən onun ərsəyə gəlməsindəki fəaliyyəti ən nəzərə çarpan və diqqət cəlb edən bir məsələ idi.

Davamı var….

Ceyhun Nəbi – Cümhuriyyəti Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru

Facebook Comments