“YouTube”da problem yaranıb

“YouTube” platformasının işində qlobal problem yaranıb.

Sozcu.az Trend-ə istinadən bildirir ki, buna İT sahəsində müvafiq istiqamətdə ixtisaslaşmış “Downdetector” saytının məlumatları dəlalət edir.

Belə ki, istifadəçilərin 53 faizi saytda, 34 faizi tətbiqdə problem olduğunu, 13 faizi video yayımla bağlı problemlərdən şikayətlənib.

Problemlər Rusiya, Böyük Britaniya, Hollandiya, Belçika və bir sıra digər ölkələrin sakinləri tərəfindən qeydə alınıb.

Facebook Comments