Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının birinə 1 699,3 minə çatıb.

Dövlət Vergi Xidmətindən Sozcu.az-a verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.

Bildirilib ki, 3 ildən çox müddətdə ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasəti, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər görülüb.

Facebook Comments