Rusiyanın iki elit briqadası tam məhv edildi

Rusiya ordusu fevralın 24-dən bəri Donbasda böyük itkilər verib. Ukrayna Müdafiə Qüvvələri işğalçıların iki elit briqadasını demək olar ki, tamamilə məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Kanal24” məlumat yayıb.

Bildirilib ki, müharibənin ilk ayında Rusiya ordusu yalnız Volnovaxanı ələ keçirə bilib. Bütün digər istiqamətlərdə ruslar inanılmaz itkilər veriblər və bir neçə yüz metr belə irəliləyə bilməyiblər.

“Müharibənin ilk həftələrində Volqoqraddan gələn Suvorov briqadasının 20-ci əlahiddə qvardiya motoatıcı batalyonu texnikası ilə birlikdə məhv edildi. 900 nəfərdən yalnız 60-ı sağ qaldı.

Məhz fəlakətli itkilər fonunda Donbasda ilk dəfə döyüşə çıxmaqdan kütləvi imtinalar qeydə alındı. 38-ci qvardiya motoatıcı briqadasının əsgərləri Ukrayna Silahlı Qüvvələri ilə bir neçə dəfə toqquşmadan sonra Rusiyaya qaytarılmalarını tələb etdilər. Bu elit briqada demək olar ki, tamamilə məhv edildi. Generallar onun qalıqlarını Rusiyaya qaytardılar. Geri qayıtdıqdan sonra işğalçılar kütləvi şəkildə istefa ərizələri yazdılar”, – məlumatda bildirilib.

Facebook Comments