“Son dəfə nə vaxt belə bərbad oynadığımızı xatırlamıram” – Poqba

“Düşünürəm ki, bizdə nə qaydasında deyildi, ancaq cavab tapa bilmirəm. Sonuncu dəfə nə vaxt belə bərbad oynadığımızı xatırlamıram”.

Sozcu.az xəbər verir ki, bu sözləri Fransa millisinin üzvü Pol Poqba Avro-2020-nin seçmə mərhələsində səfədə Türkiyəyə uduzduqları (0:2) oyundan sonra “L’Equipe”ə açıqlamasında deyib.

“Mançester Yunayted”in yarımmüdafiəçisi oyunlarının alınmadığını bildirib: “Hücumlarımız kəsərli deyildi, müdafiədə də yaxşı oynamadıq. Oyuna hazır idik. Rəqibin güclü azarkeş dəstəyinin olacağını da bilirdik. Hər şeyi yaxşı təhlil edib, uğursuzluğun səbəbini tapmalıyıq”.(Qol.az)

Facebook Comments