Alleqri Dibala haqqında bunları dedi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri futbolçu Paulo Dibalanın komandadan gedişi haqda danışıb .

Sozcu.az “Football İtalia”ya istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Düşünürəm ki, o, özünü yenidən kəşf etməlidir. Vaxt var idi ki, Dibalanı yeni Messi hesab edirdilər. Amma hər kəs özü olmalıdır. Başqalarını təqlid edə bilməzsən. Paulonun futbola verəcəyi çox şeyi, inanılmaz texniki bacarığı var. O, çox yaxşı oyunçudur. Bununla belə, Dibala fiziki və texniki keyfiyyətlərinə diqqət yetirməlidir”.

Qeyd edək ki, Dibala “Yuventus”la vidalaşıb və komandadan ayrılıb.

Facebook Comments