Bu şəhərin tutulması Rusiyaya fayda verməyəcək – Hesabat

Severodonetskin işğalı Moskvaya Luqansk vilayətini tamamilə ələ keçirdiyini iddia etməyə imkan verəcək, lakin bu, Rusiyaya başqa ciddi hərbi və iqtisadi fayda verməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Severodonetsk ruslar üçün müharibənin indiki mərhələsində vacibdir. Çünki bu, Luqansk vilayətində rusların nəzarətində olmayan sonuncu böyük yaşayış məntəqəsidir”, – hesabatda qeyd olunub.

Facebook Comments