Finlandiya F-35-lə ölkənin şimalına yerləşdirir

Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.

Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Hərbi Hava Qüvvələrinə məxsus F-35-lərin donanması ilk dəfə 2026-cı ildə Rovaniemidəki Laplandiya Hərbi Hava Qüvvələrində xidmətə girəcək”, – məlumatda qeyd olunub.

Facebook Comments