91-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 91-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 29 450 hərbçi, 1305 ədəd tank, 3213 ədəd zirehli döyüş maşını, 606 ədəd artilleriya sistemi, 201 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarə, 170 ədəd helikopter, 2217 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 491 ədəd PUA, 44 ədəd xüsusi texnika, 112 qanadlı raket itirib.

Facebook Comments