Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ağır yol qəzası ilə bağlı başsağlığı verib.

Sozcu.az başsağlığı məktubunun mətnini təqdim edir:

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Facebook Comments