“Real” əsas transfer hədəfinə qərar verdi

“Real” PSJ-nin futbolçusu Kilian Mbappenin Madrid təmsilçisinə keçməyə imtina etməsindən sonra əsas transfer hədəfinə qərar verib.

Sozcu.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi “Monako”nun yarımmüdafiəçisi Aurelyen Tçuameni ilə müqavilə imzalamaq istəyir.

22 yaşlı fransalı oyunçu bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 5 qol vurub, 3 qolun ötürməsini verib.

Qeyd edək ki, “Real”ın bundan əvvəlki əsas transfer hədəfi Mbappe Paris təmsilçisi ilə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb.

Facebook Comments