Kanada Krım tatarlarının deportunu soyqırım kimi tanıdı

Kanada parlamenti Krım tatarlarının 1944-cü ildə Stalin rejimi dövründə kütləvi deportasiyasını soyqırım aktı kimi tanıyıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Kanadadakı səfiri Yuliya Kovalev məlumat paylaşıb.

Parlament bununla bağlı qətnaməni qəbul edib.

Qeyd edək ki, Krım tatarlarının deportasiyasını dövlət səviyyəsində Ukrayna, Litva və Latviya soyqırım aktı kimi tanıyıb.

Facebook Comments