Təbrizdə çörək qıtlığı yaranıb

Təbrizin “azərəncümən” xəbər saytı şəhərdə çörək qıtlığının yarandığını yazıb. Məlumata görə, çörək dükanları qarşısında uzun növbələr yaranıb.

Məlumatda qeyd olunur ki, onlarla çörək sexi bağlandığı üçün fəaliyyət göstərən çörəkçilər əhalinin çörəyə olan ehtiyacını qarşılaya bilmir.

Fəaliyyəti dayandırılan çörəkçilər bildirib ki, un bahalaşdığı üçün işi davam etdirə bilmirlər. Onlar hökumətin vəd etdiyi subsidiyanı da vermədiyini vurğulayıblar.

Hazırda açıq olan çörək sexləri isə un çatışmazlığına görə istehsalı azaldaraq öncəkindən az çörək satdıqlarını deyiblər.

Facebook Comments