Bakıda qadın özünü 9-cu mərtəbədən atıb

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Günəşli V massivində qeydə alınıb. Belə ki, 10-cu binada yaşayan 1990-cı il təvəllüdlü Məmmədova Gülər Sahib qızı 9-cu mərtəbənin balkonundan yerə atıb. O, aqonal vəxiyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Faktı Baş Prokurorluğun mətbuat xidməti APA-ya təsdiqləyib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Facebook Comments