“Millətlər Liqası dünyanın ən gülünc ideayalarından biridir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Millətlər Liqası turnirinin ləğv edilməli olduğunu düşünür.

Sozcu.az “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis bu yarışın futbolçuları yorduğunu deyib:

“Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir. Futbolçular 70-dən çox oyun keçirsələr də, Millətlər Liqasında meydana çıxmaqda davam edirlər. Çünki onlar bu turnirə görə yığmada 4, 5, 6 matç keçirirlər”.

Qeyd edək ki, Millətlər Liqası 2018-ci ildə UEFA tərəfindən təsis edilib. Yarış iki ildən bir keçirilir və milli komandalara dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaq üçün əlavə imkan yaradır.

Facebook Comments