Yaponiyadan Çinə xəbərdarlıq

Çinin “Liaoning” tipli aviadaşıyıcısının Yaponiya sularına yaxın fəaliyyət göstərməsindən narahatıq.

Sozcu.az xəbər verir ki, bunu Yaponiya ordusunun Baş Qərargah rəisi, general Yamazaki Koji jurnalistlərə açıqlamasında deyib.

“Məqsədləri Sakit okeanda hərəkət qabiliyyəti artırmaqdır. “Liaoning” mayın 12-dək bölgədə fəaliyyət göstərib. Bu da təhlükəsizliklə bağlı narahatlığımıza səbəb olub. Yaponiyanın cənub-qərbində və Tayvan yaxınlığında səfərdə olan Çin donanmasının fəaliyyətini ciddi qəbul edirik”, – general bildirib.

Facebook Comments