Ukrayna ordusu 130 rus hərbçisini məhv etdi

Ukrayna hərbçiləri ötən gün ərzində “Şərq” əməliyyat-taktiki qruplaşmasının zonasında 130-a yaxın rus işğalçısını məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə ötən gün Donetsk və Luqansk istiqamətində rus işğalçılarının 10 hücumu dəf edilib.

Ukrayna hərbçiləri düşmənin 5 tankı, 5 artilleriya sistemi, 6 zirehli texnikası və 7 maşın texnikasını, həmçinin üç “Orlan-10” pilotsuz uçuş aparatını məhv edib.

Facebook Comments