78-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 78-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 26 650 hərbçi, 1195 ədəd tank, 2873 ədəd zirehli döyüş maşını, 534 ədəd artilleriya sistemi, 191 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarə, 161 ədəd helikopter, 2019 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 398 ədəd PUA, 41 ədəd xüsusi texnika, 94 qanadlı raket itirib.

Facebook Comments