“Putin etiraf edir ki, rus əsgərinin puldan başqa motivasiyası yoxdur”

9 May paradı haqqında

1991-ci ildən bəri, Rusiyanın müstəqil dövlət olandan sonra ilk dəfə idi ki, Moskvada keçirilən paradda heç bir xarici dövlət nümayəndələri iştirak etmədi. Hətta Lukaşenko belə parada gəlmədi, formal olaraq ölkə sərhədlərində gərginliyi bəhanə gətirdi. Halbuki, Lukaşenko Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2 dəfə Rusiyaya səfər etmişdi;

Müharibə artıq 76 gündür davam edir, amma Putin hələ də öz çıxışında müharibəyə nədən başladığını izah etməyə məcbur qaldı. Hələ də məntiqsiz, mənasız “arqumentlər” səsləndirdi, çünki buna ehtiyac var – müharibə uzandıqca Rusiya cəmiyyətində suallar artmağa başlayır,

– Putin Ukrayna təcavüzündə həlak olan əsgər və zabitlərin ailə üzvləri ilə görüşdə böyük sosial paket elan etdi, daha çox yardım ayrılacağını bildirdi. Faktiki olaraq bu etirafdır – Putin etiraf edir ki, rus əsgərinin puldan başqa motivasiyası yoxdur. Elan edilən “vətən-millət-ölkə” kimi rəsmi təbliğat mifdir, rus əsgərini bu işğalçı müharibədə ancaq pul motivasiya edir;

Putin hələ də, “NATO-nun bizim sərhədlərə yaxınlaşmasının qarşısını aldıq”, kimi mənasız arqumenti bir daha səsləndirdi – reallıq isə budur ki, Finlandiya və İsveç NATO-ya üzv olsa (12 may və 15 mayda qərarlarını elan edəcəklər) Rusiyanın bu təcavüzü ölkənin NATO ilə quru sərhədlərini 2 dəfə (!!!) artıracaq. Rusiyanın Ukraynaya təcavüzündən öncə NATO ilə quru sərhədlərinin uzunluğu 1215 km idi, Finlandiya və İsveç alyansa üzv olduqdan sonra quru sərhədin uzunluğu 2555 km olacaq;

9 May günü Qərbin, ABŞ-ın Rusiyaya “hədiyyəsi” isə yeni “lend-lease” qanununun imzalanması oldu. İkinci Dünya müharibəsində ABŞ-ın SSRİ-yə dəstək üçün qəbul etdiyi “lend-lease” müharibənin gedişatını çox dəyişdi, cəbhədə üstünlüyün yaranmasına səbəb oldu.

Natiq Cəfərli

Ekspert

Facebook Comments