Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri İvan Fyodorov milli telemarafonun efirində danışıb.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, – mer vurğulayıb.

Facebook Comments