Rusiyanın hərbi texnika sarıdan itkiləri Ukraynaya nisbətən 3 dəfə çoxdur

“Rusiyanın tanklar, zirehli maşınlar, təyyarə və helikopterlər, raket sistemləri, pilotsuz uçuş aparatları və başqa hərbi texnika sarıdan itkiləri Ukraynaya nisbətən 3 dəfə çoxdur.

Sozcu.az xəbər verir ki, bu barədə Niderlandın hərbi texnika və silahların açıq foto və video mənbələr əsasında təhlili ilə məşğul olan “Oriks” layihəsinin ekspertlərinin açıqladığı məlumatda belə deyilir.

Hesablamalara görə, rusiyalı hərbçilər 3 min vahiddən çox silah itkisinə məruz qalıb, Ukraynanın itkiləri isə mindən azdır.

Rusiya 523 tank itirib, onlardan 264 tank məhv edilib, 10 tank zədələnib, 39- u atılıb, 210 ədəd Ukrayna tərəfindən ələ keçirilib.

Ukrayna tərəfi 127 tank itirib, onlardan 49- u məhv edilib, 1 tank zədələnib, 9- u atılıb, 68- i rusiyalılar tərəfindən ələ keçirilib.

Ümumi rəqəmlər belədir:

– Rusiya 3011 vahid hərbi texnika itirib.

Onlardan 1558- i məhv edilib, 46- ı zədələnib, 244- ü atılıb, 1120- i Ukrayna tərəfindən ələ keçirilib.

– Ukrayna 848 vahid hərbi texnika itirib

Onlardan 389- u məhv edilib, 22- i zədələnib, 36- sı atılıb, 401- i Rusiya tərəfindən ələ keçirilib.

Siyahıdan göründüyü kimi, hər iki tərəf köhnə sovet nümunəsi olan hərbi texnikadan çox istifadə edib.
Rusiyanın itkiləri arasında İsrailin “Forpost” pilotsuz uçuş aparatı da var. O, martın 11- də vurulub.

Ukrayna SQ Baş Qərargahının rəsmi məlumatına görə, müharibənin əvvəlindən Rusiya 815 tank, 2087 zirehli maşın, 391 artilleriya sistemi, 171 təyyarə, 150 helikopter, 165 pilotsuz uçuş aparatı, 8 gəmi itirib.

Rusuya müdafiə nazirliyinin məlumatına görə, müharibə başlanandan Ukrayna 140 təyyarə, 496 pilotsuz uçuş aparatları, 253 zenit kompleksi, 2388 tank və zirehli maşın, 1029 artilleriya topları itirib.

Facebook Comments