Bakıda məktəb şagirdi döyüldü

Bakıda orta məktəb şagirdi döyülüb.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 132 saylı tam orta məktəbin şagirdi, 2008-ci il təvəllüdlü Ömər İbrahim oğlu Hüseyn digər şagird, yaxud şagirdlər tərəfindən döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyərinin əzikləri diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Facebook Comments