Mart ayı üçün xam neftin gündəlik hasilatı açıqlandı

2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barrel olub. Bunun 579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat təşkil edib.

Sozcu.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, “OPEK plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara görə, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.

Facebook Comments