Abşeronda ağır yol qəzasında 4 nəfər xəsarət alıb

Abşeron rayonunda ağır yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Mehdabad qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Məmmədli Orxan İlqar oğlu, 1995-ci il təvəllüdlü Adıgözəlzadə Elxan Qəzənfər oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Fərid İkram oğlu, 1997-ci il təvəllüdlü Rzayev Əli Əmanət oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatıdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments