Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri martda 3%-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 239 mln. manat təşkil edib.

Bu barədə Sozcu.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 mln. manat və ya 9,1% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,5%-ni təşkil edib.
Bu ilin fevral göstəricisi ilə müqayisədə isə, mobil rabitə operatorlarının gəlirləri mart ayında 3,5% və ya 2,7 mln. manat artaraq 79 mln. manat təşkil edib.
“Cari ilin ilk üç ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 604,4 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,4%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-mart aylarında real ifadədə 14,7% artıb”, – komitədən bildirilib.

Facebook Comments