ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: Hazırıq!

Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmasları fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

“Birləşmiş Ştatlar bu təşəbbüslərdə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, – Dövlət Departamentinin məlumatında vurğulanıb.

Facebook Comments