Ukrayna ordusu 28 məntəqəni azad etdi

Ukrayna Silahlı Qüvvələri Kiyev və Çerniqov vilayətlərində yaşayış məntəqələrinin bir hissəsinə nəzarəti bərpa edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

Məlumata görə, Demidov, Dımer, Litvinovka, Qavrilovka, Kozaroviç, Jivtnevoye, Qlubovka, Yasnoqorodka, Talankun, Suxoluçe, Lipovka, Qavronşina, Makovişe, Nikolayevka və Xmilna yaşayış məntəqləri işğaldan azad edilib.

Bundan başqa rus ordusunun çəkilməsindən sonra Ukrayna Silahlı Qüvvələri Rudnya, Şevçenko, Bobrik, Staraya Basan, Nova Basan, Makeyevka, Poqreba, Bajanivka, Vladimirovka, Şnyakovka, Salnoe, Sofiyevka və Qavrilovka yaşayış məntəqələrini də nəzarət altına alıb.

Facebook Comments