Ukrayna ordusu bu kəndi də azad etdi: 70 ölü – Video

Ukrayna ordusu Xarkov vilayətinin Olxovka kəndini azad edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının Xarkov bölməsinin komandiri Konstantin Nemiçev məlumat verib.

“Kəndin azad edilməsi əməliyyatı zamanı düşmənin 70 əsgəri, 3 texnikası məhv edilib. Bundan başqa komanda-qərargah maşını və 1 MTLB qənimət kimi götürülüb. Düşmənin 27 hərbçisi də əsir götürülüb”, – Nemiçev bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Xarkovun Qusarovka kəndini də azad edib.

Facebook Comments