Azərbaycan neftinin qiyməti həftə ərzində 3,6% artıb

Həftə ərzində (21 – 25 mart) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 122,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 13,64 dollar və ya 12,55% çoxdur.

Sozcu.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (III gün) – 125,57 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 119,31 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb.

Facebook Comments