Ukraynalı nənənin perajki verdiyi 8 işğalçı sink tabutda Rusiyaya göndərildi…

Ukraynada döyüşən rus ordusu acınacaqlı vəziyyətdədir – işğalçıların yeməyə heç nələri yoxdur. Bunu işğalçı hərbçilərdən biri ilə qız arasındakı söhbətin yeni audio-dinləməsi sübut edir.

Sozcu.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirlnin müşaviri Anton Geraşenko məlumat yayıb.

“Burada yeməyə heç nəyimiz yoxdur. Dünən ördək oğurlamışıq! Dükanları talayırıq… Acından ölürük!.. O gün nənə rerajki gətirdi – 8 əsgər sink tabutda yola salındı”, – deyə Rusiya hərbçisi etiraf edib.

Qız söhbətin nədən getdiyini, perajkilərin nə ilə bişirildiyini soruşub. “Zəhərlə!..” -deyə hərbçi cavab verib.

Facebook Comments