Sadio Manenin arzusu

“Liverpul”un və Seneqal millisinin futbolçusu Sadio Mane əldə etmək istədiyin nailiyyətlərdən danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, yığma komandası ilə dünya çempionu olmağı arzuladığını deyib:

“Afrika çempionu olduqdan sonra mənim yeni xəyalım dünya çempionatında qələbədir. Bunun üçün öncə ora vəsiqə qazanmalıyıq. Amma mən ağlasığmaz ideyalara inanmaq istəyirəm. Onlardan da biri Seneqalla dünya çempionatında qələbədir. Bu uğuru qazansaq, mən hər il “Qızıl top” üçün mübarizə aparan yaxşı futbolçular səviyyəsinə çatacağam”.

Qeyd edək ki, Seneqal millisi bu il Kamerunda keçirilən Afrika çempionatının qalibi olub.

Facebook Comments