Rusiyanı dəstəkləsə, Çinə də sanksiya tətbiq olunacaq

Çin şirkətləri Rusiyaya qarşı sanksiyaları pozarsa, ABŞ onlara da məhdudiyyət tətbiq edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Gina Raimondo deyib.

Raimondo bildirib ki, qaydalar pozulsa, Bayden administrasiyası SMIC və digər Çin çip istehsalçılarına qarşı sanksiya tətbiq edəcək:

“ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini əsaslı şəkildə bağlaya bilər”.

Facebook Comments