“Kadırovun əsgərləri ruhi xəstələri girov götürüb ətrafa mina basdırıb…” – Kiyevin qubernatoru

Ukraynanın Kiyev şəhərinin qubernatoru Oleksiy Kuleba Çeçenistan prezidenti Ramazan Kadırovun Ukraynaya göndərdiyi əsgərlərinin ölkə paytaxtı Kiyevə yaxın Borodyanka şəhərində ruhi xəstəxananı ələ keçirirək, xəstələri girov götürdüklərini bildirib.

Sozcu.az xəbər verir ki, Oleksiy Kuleba Çeçenistan hərbçilərinin xəstəxanın ətrafına mina basdırdıqlarını və daha sonra həmin ərazidən Ukrayna əsgərlərinə artilleriyadan atəşi açdıqlarını deyib.

“DÜŞMƏN UŞAQLARIN VƏ XƏSTƏLƏRİN ARXASINDA GİZLƏNİR”

Qubernator Kuleba açıqlamasında düşmənlərinin mülki əhalinin arxasında gizləndiyinə işarə edərək, “Borodyanka şəhərindən aldığımız məlumata görə, Kadırovun əsgərlərinin ruhi və əsəb xəstəlikləri xəstəxanasına girərək içəridəki insanları girov götürdüyünü öyrəndik. Xəstəxanada 500 nəfər xəstə var, onlardan 100 nəfəri yataq xəstəsidir. Bir sözlə, düşmən uşaqların və xəstələrin arxasında gizlənir”.moderator

Facebook Comments