Blinken Rusiyaya xəbərdarlıq etdi

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqləri Ukraynada hərbi xüsusi əməliyyatı başa çatdırana qədər artacaq.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Rusiyaya təzyiq nəinki misli görünməmişdir, nəinki Rusiyada konkret nəticələr verir, həm də bu təzyiq yalnız davam edəcək, bu seçim müharibəsi bitənə qədər artacaq”, – Blinken deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələri və beynəlxalq təşkilatların tətbiq etdiyi antirusiya sanksiyalarının müharibə elanına oxşadığını, lakin hələ buna gətirib çıxarmadığını bildirib.

Facebook Comments