“Biz təslim olmayacağıq” – Kliçko

Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq.

Sozcu.az xəbər verir ki, bunu paytaxt meri Vitali Kliçko martın 3-də “Reuters” agentliyinin efirində “Skype” yayımı zamanı deyib.

“Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Və bu say təəssüf ki, artacaq”, – Kliçko bildirib.

O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib.

“Vəziyyət gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun atəşə tutulması davam edir”, – deyə Kliçko qeyd edib.

Facebook Comments