Ukraynaya qarşı iki ordu döyüşür – Polkovnik

Çaxnaşma olmadan Ukraynanı işğal etmək mümkün deyil, bunun üçün Rusiyanın bütün ordusu kifayət etməz.

Sozcu.az xəbər verir ki, bunu Axar.az-a müsahibəsində ukraynalı hərbi analitik, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov deyib.

“Biz müqavimətin tərəfdarıyıq. Donbasda döyüşlər gedir, amma artilleriyamız tam gücü ilə savaşır və düşmənə şans vermir. Digər istiqamətlər Kiyevi qorxutmaq üçün diqqəti yayındırmaqdır. Rusiyanın tamamilə işğal üçün ehtiyatı yoxdur. Ümid edirəm ki, bir neçə gündən sonra Putin danışıqlar təklif edəcək. Qaçmağa yerimiz yoxdur, dövlətimizi müdafiə edəcəyik, Ukrayna Silahlı Qüvvələrini dəstəkləyəcəyik”, – həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Belarus istiqamətindən Ukrayna ərazisinə müdaxilə var:

“İndi Ukrayna Silahlı Qüvvələri bu istiqamətlərdə döyüşə girir, vəzifə düşməni mümkün qədər tükəndirməkdir. Artıq Donbasda 6 Rusiya təyyarəsi vurulub. O qədər də xoş xəbər deyil, amma Belarus ordusu da bizə qarşı döyüşür”, – həmsöhbətimiz bildirib.

Facebook Comments