“Bu xalqın seçimi deyil, İlham Əliyevin seçimidir” – Vaqif Hacıbəyli

Heç vaxt Rusiya və ruslar əleyhinə təbliğat aparmamışam, müxalifət düşərgəsində tənbəl olmayan hər kəs Rusiyanın ən yaxın zamanda dağılacağı barədə danışanda həmin xorda iştirak etməmişəm. Əksinə, Rusiya ilə əlaqələrin inkişafına maraqlı olduğumuza, yüzminlərlə insanımızın Rusiyada yaşamağa üstünlük verməsinin heç də təsadüfi hadisə olmadığına diqqət çəkmişəm.

Sozcu.az xəbər verir ki, bunu Bunu siyasətçi Vaqif Hacıbəyli özünün feysbuk hesabında yazıb:

“Eyni zamanda, 1999 – cu ildən bu yana hər fürsətdə Azərbaycan – Gürcüstan – Türkiyə birliyinin yaradılmasını, bu birliyin konfederasiya prinsipləri əsasında qurulmasını təbliğ etmişəm. Gürcüstan olmadan bu birliyin perspektivi mənim üçün qaranlıq görünüb. Bunun milyon səbəbi var. Gürcüstanın bu birlikdə olması milyon sualın bir cavabıdır. Təəssüf ki, Gürcüstanın bu birlikdə oynayacağı rolun əhəmiyyəti cəmiyyətimiz tərəfindən qəbul edilmədi. Əksəriyyət bu ideyaya etnik inteqrasiya kimi baxdı və yalnız Azərbaycan – Türkiyə Birliyini alqışladı. Son dövrlər artıq Turan ideyası daha çox legitimlik qazanmağa başlamışdı. Bəzi ağzıgöyçəklər isə hər hansı birliyi qəbul etmir, müstəqillik ideyasına bir fetiş kimi baxır, istənilən inteqrasiyanı rədd edirlər.

Mən dəfələrlə demişəm və bu gün də təkrar edirəm: Azərbaycan – Gürcüstan – Türkiyə Birliyi strateji seçim məsələsidir. Bu gün İlham Əliyevin Moskvada imzalayacağı saziş isə həmin seçimin Rusiya lehinə olacağı deməkdir. Yəni, müqavilənin imzalanacağı vaxt elə seçilib ki, Azərbaycan bu sazişlə öz strateji seçimini bütün dünyaya nümayiş etdirir. Bu xalqın seçimi deyil, İlham Əliyevin seçimidir. Başlıca vəzifəsi ailə hakimiyyətini qoruyub saxlamaq və gücləndirmək olan birisi üçün bu bəlkə də uğurlu addımdır, lakin tarixi səhvdir. 10 noyabr sazişi ilə rus ordusunu Qarabağa soxmaq da tarixi səhv idi. Tarix bu hadisələrə elə bu cür də qiymət verəcək”.

Facebook Comments